IMG-LOGO

Bakı–Tbilisi qatarı 6 illik fasilədən sonra yola düşdü

25 May 2026 23:19 4 baxış
IMG
0 0

6 illik fasilədən sonra Bakı–Tbilisi arasında sərnişin qatarlarının hərəkəti yenidən bərpa olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün ilk sərnişinlər yenilənmiş marşrut üzrə yola düşüblər.

Xatırladaq ki, 2019-cu ildə Bakı–Tbilisi–Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istifadədən çıxarılıb. Hazırda reyslər müasir “Stadler” vaqonları ilə həyata keçirilir.

Yeni nəsil hərəkət tərkiblərində sərnişinlər üçün daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti yaradılıb.

Qatar 23:10-da yola düşüb.

qatar Bakı Tbilisi

Mənbə: lent.az

Xəbər lenti