IMG-LOGO

Dünya Kubokunda yarışacaq Azərbaycanın 3x3 basketbol yığmasının heyəti açıqlanıb

25 May 2026 19:27 3 baxış
IMG

İlk dəfə Dünya Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyəti müəyyənləşib.

"Report" xəbər verir ki, yığma Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət heyətlə mübarizə aparacaq.

Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.

Mənbə: report.az

Xəbər lenti