IMG-LOGO

Bakı-Tbilisi qatarının hərəkət qrafiki açıqlandı - CƏDVƏL

25 May 2026 17:45 3 baxış
IMG
2 0

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı – Tbilisi – Bakı qatarının hərəkət qrafikini açıqlayıb.

ADY-dən Lent.az-a verilən məlumata görə, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.

ADY Bakı-Tbilisi qatarı

Mənbə: lent.az

Xəbər lenti