ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, bir sıra Yaxın Şərq liderləri Vaşinqton və Tehran arasında potensial sazişin bağlanmasından sonra İranın "İbrahim sazişləri"nə qoşulması ehtimalını dəstəkləyirlər.
"Report" xəbər verir ki, Tramp bunu "Truth Social"da yazıb.
"Onların bir çoxu ilə (digər Yaxın Şərq dövlətlərinin liderləri - red.) söhbətlərimdə onlar bildirdilər ki, sənədimiz imzalandıqdan sonra İran İslam Respublikasının da İbrahim sazişlərinin bir hissəsi olması onları şərəfləndirər. Bu, doğrudan da xüsusi bir hadisə olardı! Bu, bu böyük, lakin daim münaqişə içində olan ölkələrin imzalayacağı ən mühüm saziş olacaq. Keçmişdə və gələcəkdə heç nə bundan üstün ola bilməz", - o qeyd edib.
Tramp əlavə edib ki, əgər İran onunla öz razılaşmasını imzalayarsa, onları bu misilsiz dünya koalisiyasının bir hissəsi kimi görmək ABŞ üçün şərəf olacaq.
Mənbə: report.az