IMG-LOGO

Si Cinpin və Şərif Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

25 May 2026 15:29 3 baxış
IMG

Çin Sədri Si Cinpin və Pakistanın Baş naziri Şahbaz Şərif Pekində iki ölkə arasında tərəfdaşlığın hərtərəfli dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.

"Report"un məlumatına görə, bu barədə "Dawn" nəşri xəbər verir.

"Beynəlxalq vəziyyətdən asılı olmayaraq, Çin qonşu ölkələrlə diplomatiya çərçivəsində Pakistanla münasibətlərə həmişə önəm verib", - o bildirib.

Öz növbəsində, Şahbaz Şərif Yaxın Şərqdə sülhə töhfə verilməsində və atəşkəsə nail olunmasında Pakistana verdiyi dəstəyə görə Çin liderinə təşəkkür edib.

Qeyd edək ki, bu gün Pakistanın Baş naziri Çin Dövlət Şurasının Sədri Li Tsyanla görüşüb və onu Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün danışıqlar prosesi barədə məlumatlandırıb. O qeyd edib ki, İslamabad və Pekin bu regionda sülhün bərpası üçün səylərini birləşdirməlidir.

Şahbaz Şərif Çində dördgünlük rəsmi səfərdədir.

Mənbə: report.az

Xəbər lenti