IMG-LOGO

Azərbaycan Gürcüstandan avtomobil idxalını 49 % azaldıb

25 May 2026 15:00 3 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 50,2 milyon ABŞ dolları dəyərində 1 min 458 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 49 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Bu ilin ilk 4 ayı ərzində Gürcüstan xarici ölkələrə 537,4 milyon ABŞ dolları dəyərində 20 min 994 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 29 % və 29 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 261,7 milyon ABŞ dolları dəyərində 6 min 420 ədəd, Qazaxıstana 123,6 milyon ABŞ dolları dəyərində 7 min 875 ədəd, Tacikistana 28,1 milyon ABŞ dolları dəyərində 1 min 732 ədəd, Ermənistana 24,6 milyon ABŞ dolları dəyərində 888 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.

Mənbə: report.az

Xəbər lenti