IMG-LOGO

Təbrizdə həlak olan konsulumuzun cənazəsi Bakıya gətirildi - YENİLƏNİB

25 May 2026 12:48 2 baxış
IMG
32 0

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.

22:35

Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.

İran konsul

Mənbə: lent.az

Xəbər lenti