Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Tural İbrahim oğlu Məmmədlini yaşadığı evin həyətində elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az