IMG-LOGO

Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub

23 May 2026 10:34 2 baxış
IMG

"Rospotrebnadzor" Ermənistandan idxal olunan keyfiyyətsiz spirtli içkilər aşkar edib.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Rusiyada "Vedi-Alko", "Abovyan konyak zavodu" və "Şahnazaryan Şərab-konyak evi" istehsalçılarının şərab və konyak satışı dayandırılıb.

Qadağan olunan məhsullar arasında "Getap Vernaşen" (11 % spirt, 0,75 l); "Vedi Alko" Xarci, "Arni əfsanələri" (12 % spirt, 0,75 l); "Erməni konyakı 5 ulduz" (40 % spirt, 0,5 l); "Şahnazaryan XO" (40 % spirt, 0,5 l) içkiləri də var.

"Rospotrebnadzor"da bu məhsulların məcburi tələblərə uyğun olmadığı müəyyən edilib.

Mənbə: report.az

Xəbər lenti