IMG-LOGO

CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq

03 Nov 2026 09:08 3 baxış
IMG

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.

Plovdivdəki qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.

Mənbə: report.az

Xəbər lenti