BMT-də keçirilən nüvə silahlarının yayılmaması haqqında müqavilənin icmal konfransı yekun sənəd üzərində razılığa gələ bilməyib.
"Report"un məlumatına görə, bu barədə Vyetnamın BMT-dəki daimi nümayəndəsi və konfransın sədri vəzifəsini icra edən Do Xunq Vyet bildirib.
"Gərgin məsləhətləşmələrə baxmayaraq, konfrans yekun sənəd layihəsinin əsas məzmunu barədə razılığa gələ bilməyib. Dərin təəssüf hissi ilə qeyd edim ki, konfrans razılığa gələ bilməyib", - diplomat bildirib.
Mənbə: report.az