Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.
"Report"un Qərb bürosu xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüb.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana-oğulun döyülməsi ilə nəticələnib.
Daha sonra G. Həmzəyevə məxsus "VAZ 2106" markalı maşına da zərər verilib.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.