IMG-LOGO

Çexiya Prezidenti ABŞ-nin NATO daxilində gözlənilməz qərarlarından narahatdır

23 May 2026 02:38 3 baxış
IMG

Çexiya Prezidenti Petr Pavel ABŞ rəhbərliyinin NATO daxilində qeyri-müəyyənliyə səbəb olan gözlənilməz hərəkətlərindən narahatdır.

"Report"un məlumatına görə, bu barədə CTK agentliyi xəbər verib.

"Məni hazırda NATO daxilində gördüyümüz qeyri-müəyyənlik və gözlənilməzlik narahat edir", - agentlik Çexiya liderinin ABŞ Prezidenti Donald Trampın Polşaya 5 000 hərbçi göndərmək qərarına cavab olaraq dediyi sözləri sitat gətirib.

Onun sözlərinə görə, bu qərar Ağ Ev tərəfindən Şimali Atlantika Alyansının digər üzv dövlətləri ilə əvvəlcədən əlaqələndirilmədən verilib.

"Müttəfiqlərimiz əvvəllər bizə hərbi qulluqçularının sayında və yerləşdirilməsində hər hansı dəyişiklik barədə məlumat verirdilər", - Pavel qeyd edib.

O, əlavə edib ki, hətta NATO-nun Avropadakı qüvvələrinin baş komandanının da ABŞ qoşunlarının Polşaya hərəkəti barədə heç bir məlumatı yoxdur.

Pavel NATO üzv dövlətlərinin gələcəkdə bu cür qərarların daha dəqiq əlaqələndirilməsi barədə razılığa gələ biləcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, üç həftə əvvəl ABŞ-nin Almaniyada yerləşən bölmələrini heyətini 5 000 hərbçi azaltmağı planlaşdırdığı məlum olub.

Mənbə: report.az

Xəbər lenti