IMG-LOGO

Ana Falu: Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı

22 May 2026 16:25 4 baxış
IMG
0 0

Azərbaycanın forum iştirakçılarına göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirirəm.

Lent.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) bağlanış mərasimində çıxış edən Latın Amerikası Qadınlar və Habitat Şəbəkəsinin həmtəsisçisi Ana Falu deyib.

O, Azərbaycan hökumətinə, həmçinin forumun təşkilində iştirak edən könüllülərə və bütün tərəfdaşlara minnətdarlığını ifadə edib, onların mehribanlığı və peşəkarlığının tədbirin uğuruna mühüm töhfə verdiyini qeyd edib.

Ana Falu çıxışında qadınların hüquqları sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, dünyada milyonlarla qadının hələ də müxtəlif formalarda sistemli ayrı-seçkiliklə üzləşdiyini bildirib. Onun sözlərinə görə, qadınlar irq, etnik mənsubiyyət, yaş, əlillik və yaşadıqları ərazilərdən asılı olaraq çoxsaylı maneələrlə qarşılaşırlar.

O qeyd edib ki, bu problemlər qadınların adekvat mənzil hüququna, şəhər hüququna və yaşadıqları ərazilərin inkişafında iştirak imkanlarına mənfi təsir göstərir.

“Buna görə də qadınların səsini dinləməyə ehtiyac var. Qadınların səsinin eşidilməsi həlledici əhəmiyyət daşıyır”, – deyə Ana Falu əlavə edib.

Latın Amerikalı ekspert vurğulayıb ki, şəhərsalma və mənzil siyasətinin formalaşdırılmasında qadınların iştirakı gücləndirilməli, onların hüquqları dayanıqlı və inklüziv şəhərlərin qurulmasının əsas elementlərindən biri kimi nəzərə alınmalıdır.

WUF13

Mənbə: lent.az

Xəbər lenti