IMG-LOGO

Meksika səfiri Bakıda WUF13-ün təşkilinin yüksək səviyyədə olduğunu qeyd edib

22 May 2026 14:11 3 baxış
IMG

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Meksika üçün əhəmiyyəti ölkənin təmsil olunan nümayəndə heyətinin səviyyəsində öz əksini tapıb.

"Report" xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında bildirib.

"Burada şəhərsalma naziri, Mexiko qubernatoru, xarici işlər nazirinin müavini, eləcə də müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak edib. İndi Meksika WUF14-ə hazırlığa başlayır. Həmkarlarım işi davam etdirmək və növbəti forumun da hazırkı kimi uğurlu olmasını təmin etmək üçün tam əzmlə geri qayıdırlar", - diplomat bildirib.

Səfir həmçinin forumun təşkilinin yüksək səviyyədə olduğunu qeyd edib: "Dəstəyinizə və Azərbaycanda olmağımızın həqiqətən uğurlu bir təcrübəyə çevrilməsinə görə dərin minnətdarlığımızı bildiririk. Biz bir daha Azərbaycan xalqının qonaqpərvərliyinə şahid olduq".

Mənbə: report.az

Xəbər lenti