Qobustan ərazisində, M-2 avtomobil yolunun 55-ci km-də yerləşən qəzalı körpünün sökülməsi ilə əlaqədar alternativ marşrutda təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, məqsəd yeni körpünün tikintisi müddətində sürücülərin təhlükəsiz və rahat hərəkətini təmin etməkdir.
Qəzalı vəziyyətdə olan körpünün sökülməsi barədə qərar texniki qiymətləndirmədən sonra qəbul edilib.
Sizin brauzer video tagını dəstəkləmir. Qobustan qəzalı körpü körpü çökdü AAYDA yol təmiriMənbə: lent.az