IMG-LOGO

Polis rəisinin şəhid qardaşı dəfn edildi - FOTOLENT - YENİLƏNİB

22 May 2026 13:54 3 baxış
IMG
2 0

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi, hərbçi Rəşadət Piriyev qalıqları mayın 22-də Yeni Daşkənd kəndində dəfn edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Yeni Daşkənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestr Dövlət Himnini səsləndirib, yaylım atəşi açılıb.

***

saat 12:19

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi hərbçi Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də ailəsinə təhvil verilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhidlə Bərdə rayonunun Yeni Daşkənd kəndində vida mərasimi keçirilir.

Şəhidin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.

Birinci Qarabağ müharibəsində Kəlbəcər ərazisində gedən döyüşlərdə itkin düşüb.

Lent.az bildirir ki, şəhid Rəşadət Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin qardaşıdır. 

Rəşid Piriyev özü də 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. O, Ağdərə istiqamətində gedən döyüşlərdə misilsiz sücayətlər göstərib.

itkin şəhidlər Rəşid Piriyev Rəşadət Piriyev

Mənbə: lent.az

Xəbər lenti