IMG-LOGO

Səfir: Meksika WUF14-ü uğurlu təşkil etmək öhdəliyini daşıyır

22 May 2026 13:55 2 baxış
IMG
2 0

Meksika bu gündən etibarən Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasına hazırlıq prosesinə başlayacaq. Həmkarlarımız artıq bu məsuliyyətlə ölkəyə qayıdırlar və forumu Bakıda keçirilən sessiya qədər uğurlu təşkil etmək öhdəliyini daşıyırlar.

Lent.az xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

“Biz bir daha Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olduq. Gənc qadın və kişilər bizi istiqamətləndirir, işimizdə və fikir mübadiləsində bizə yardım edirdilər. Meksika nümayəndə heyəti üçün onlar hətta qeydlər aparır, bütün prosesdə fəal iştirak edirdilər”, - səfir qeyd edib.

Diplomat əlavə edib ki, Mexiko şəhərinin hökuməti və UN-Habitat birlikdə koordinasiya işlərinə başlayacaq, əməkdaşlıq mexanizmləri, idarəetmə modelləri və strateji istiqamətlər üzərində çalışacaqlar. Onlar bütün maraqlı tərəflərlə əməkdaşlıq edəcəklər.

“Meksika hökuməti və Mexiko şəhəri adından Azərbaycanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını uğurla təşkil etməsi münasibətilə təbrik etmək istəyirəm”, - o qeyd edib.

WUF13

Mənbə: lent.az

Xəbər lenti