Dünən İstanbulda narkotik istintaqı çərçivəsində saxlanılan məşhurlardan 9-u sərbəst buraxılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, dindirilmə prosesi başa çatdıqdan sonra aralarında tanınmış simaların da olduğu şübhəlilər əvvəlcə tibbi müayinədən keçirilib. Daha sonra onlardan qan, saç və sidik nümunələri götürülüb.
Prosedurlardan sonra məşhurların 11-i məhkəməyə sövq edilib, aralarında 9 nəfər isə sərbəst buraxılıb.
Sərbəst buraxılanların siyahısı: Tan Taşçı Fatih Karaca (Mabel Matiz) Feyza Civelek Onur Tuna Osman Haktan Canevi Özgür Deniz Cellat (Blok3 - Hakan Aydın) Tarık Tunca Bakır Zehra Hanzade Gürkanlar Yasemin İkbal.
Rəhman Mirzəlizadə
***
21 may, saat: 09:48
İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində 25 şübhəli barəsində saxlanılma qərarı verilib, onların 14-ü saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqında yeni əməliyyat keçirilib. Saxlanılan şəxslər arasında Mabel Matiz, Feyza Civelek, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı və digər tanınmışlar var.
İstintaqa görə, məşhur şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiklərinə dair məlumatlar, rəqəmsal materiallar, eləcə də digər sübutlar araşdırılıb. Bunun əsasında İstanbul və Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.
Saxlanılma qərarı verilən məşhurlar bunlardır:
Serenay Sarıkaya Berkay Şahin Tan Taşcı Yağmur Ünal Mirgün Sırrı Cabas Hakan Aydın (Blok 3) Mabel Matiz (Fatih Karaca) Feyza Civelek Niran Ünsal Volkan Bahçekapalı Onur Tuna Osman Haktan Canevi Aslıhan Turanlı Eren Kesimer Kübra İmren Siyahdemir Mehmet Rahşan Cansu Tekin Özgür Deniz Cellat Yasemin İkbal Tarık Tunca Bakır Hanzede Gürkanlar Aycan Yağcı Tuğçe Postoğlu Eda Dora Semiha Bezek.
Maqazin Şou xəbərlər mabelmatiz serenaysarıkaya berkayşahin feyzacivelek narkotikMənbə: lent.az