IMG-LOGO

Afrikada mənzil çatışmazlığı 2030-cu ilə qədər 130 milyona çatacaq

22 May 2026 11:55 2 baxış
IMG

Afrika 51 milyon mənzil çatışmazlığı ilə üz-üzədir.

"Report"un məlumatına görə, bunu "TAF Africa Global"ın baş direktoru Mustafa Nci Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Afrika qitəsi hazırda mənzil sahəsində ən ciddi böhran yaşayır. "Afrikada mənzil çatışmazlığı 51 milyon vahiddən çoxdur, proqnozlara görə isə 2030-cu ilə qədər bu göstərici artaraq 130 milyona çatacaq. Hər üç şəhər sakinindən biri özünü əlçatan və təhlükəsiz mənzillə təmin etmək imkanından məhrumdur və qeyri-rəsmi yaşayış məskənlərində yaşamağa məcburdur. Ənənəvi yanaşmalar özünü doğrultmadı.

Dövlətlərin maliyyə yükünü təkbaşına öz üzərinə götürməyə gücü çatmır, özəl sektorun pərakəndə təşəbbüsləri isə lazımi miqyası təmin etmək iqtidarında deyil", - deyə developer vurğulayıb.

M. Nci bu çağırışa cavab vermək üçün yeganə təsirli alət kimi dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsinin zərurətinə diqqət çəkib.

Mənbə: report.az

Xəbər lenti