IMG-LOGO

İcraçı direktor: Azad edilmiş ərazilərdə şəhərsalma yanaşmaları multikultural dəyərlərlə birləşdirilir

22 May 2026 10:54 4 baxış
IMG

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesində müasir şəhərsalma yanaşmalarını innovasiya və multikultural dəyərlərlə birləşdirir.

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib.

O qeyd edib ki, həmin ərazilərdə müasirliklə yanaşı, mədəni müxtəlifliyin qorunmasına da xüsusi diqqət yetirilir:

"Qarabağda tarixi abidələr, dini ibadət yerləri və müxtəlif xalqlara məxsus mədəni irs qorunur. Dövlət sosial həmrəyliyin gücləndirilməsi üçün bütün zəruri addımları atır".

Mənbə: report.az

Xəbər lenti