IMG-LOGO

Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi

19 May 2026 09:37 3 baxış
IMG
1 0

Rusiyanın Novıy Urenqoy şəhərinin qadın sakini Azerbaijan vətəndaşı ilə nikah bağlayıb. 

Lent.az xəbər verir ki, prokurorluq həmin nikahı saxta hesab edib. Bu barədə nəzarət qurumunun açıqlamasında bildirilir.

Müəyyən edilib ki, Novıy Urenqoyun ZAKS şöbəsi tərəfindən 2024-cü ilin may ayında Rusiya vətəndaşı ilə Azərbaycan Respublikası vətəndaşı arasında nikah qeydə alınıb. Nəzarət tədbirləri zamanı məlum olub ki, nikah ailə qurmaq niyyəti olmadan, əcnəbinin Rusiya Federasiyasında müvəqqəti yaşamaq icazəsi alması məqsədilə rəsmiləşdirilib.

Məhkəmə həmin nikahı etibarsız hesab edib.

Hadisələr saxta nikah Rusiya azərbaycanlı evlilik məhkəmə işləri

Mənbə: lent.az

Xəbər lenti