IMG-LOGO

ChatGPT Plus-a illik pulsuz giriş – kimlər əldə edə bilər?

19 May 2026 10:14 7 baxış
IMG

19 0

Malta dünyada ilk dəfə olaraq vətəndaşlarına bir il müddətinə ChatGPT Plus xidmətindən pulsuz istifadə imkanı yaradıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, proqramdan istifadə etmək istəyən şəxslər xüsusi onlayn kursu uğurla başa vurmalıdırlar.

Tədris proqramı Malta Universiteti müəllimləri tərəfindən hazırlanıb və süni intellekt texnologiyalarından istifadə qaydaları, kibertəhlükəsizlik və etik prinsipləri əhatə edir. Layihə yalnız ölkə daxilində yaşayan vətəndaşlara deyil, xaricdə yaşayan Malta diasporunun nümayəndələrinə də şamil olunacaq. Genişmiqyaslı proqramın 2026-cı ilin may ayında başladığı bildirilib.

Malta hökuməti təşəbbüsü yeni texnoloji dövrə uyğunlaşmaq istiqamətində vacib addım kimi qiymətləndirir. Ölkənin iqtisadiyyat, sahibkarlıq və strateji layihələr naziri Silvio Schembri bildirib ki, məqsəd vətəndaşların rəqəmsal geridəqalmadan qorunmasıdır.

Nazirin sözlərinə görə, Malta bu miqyasda tərəfdaşlıq həyata keçirən ilk ölkədir və layihə ölkə sakinlərinin qlobal texnoloji transformasiyalara daha hazırlıqlı olmasına imkan verəcək.

OpenAI nümayəndələri isə vurğulayıblar ki, proqramın əsas məqsədi yalnız pulsuz xidmət təqdim etmək deyil, həm də insanların süni intellekt texnologiyalarından təhlükəsiz və səmərəli istifadə bacarıqlarını inkişaf etdirməkdir.

Chatgpt

Xəbər lenti