IMG-LOGO

Arvadını və qızını öldürdü, oğlunu götürüb xaricə qaçdı - Türkiyədə DƏHŞƏT

16 May 2026 14:21 2 baxış
IMG
4 0

Türkiyədə Litva vətəndaşı Andrey Kuşleviç keçmiş həyat yoldaşı İrina Dvizova və qızını qətlə yetirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bodrum şəhərində qeydə alınıb. Mənzildə ana və qızının cəsədləri mələfəyə bükülmüş və kəndirlə bağlanmış vəziyyətdə tapılıb. 

İstintaqın müəyyən etdiyi məlumata görə, Kuşleviç qətldən sonra Dvizovanın mənzilində təxminən beş saat qalıb və evi təmizləyib. Bundan əlavə, o, hadisədən sonra beş yaşlı oğlunu götürərək Litvaya gedib. Qətlə yetirilən qadının oğlu istintaq orqanlarına cinayətin ögey atası Kuşleviç tərəfindən törədilə biləcəyini ehtimal etdiyini deyib. O bildirib ki, anası ilə həmin şəxs arasında dəfələrlə mübahisələr yaşanıb.

Məhkəmə Andrey Kuşleviçi təqsirli bilərək, onu ömürlük həbs cəzasına məhkum edib.

hadisə qətl kriminal xəbərlər

Xəbər lenti