IMG-LOGO

Ekvadorun sabiq XİN başçısı: Beynəlxalq nizam heç vaxt mükəmməl olmayıb

14 May 2026 11:23 2 baxış
IMG

Beynəlxalq qaydalara əsaslanan nizam heç vaxt mükəmməl olmayıb.

"Report" xəbər verir ki, bunu BMT Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının prezidenti, Ekvadorun keçmiş xarici işlər naziri Luis Qalyeqos Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

O vurğulayıb ki, beynəlxalq qaydalara əsaslanan nizam heç vaxt mükəmməl olmayıb:

"Lakin biz inanırıq ki, o nizam sülhün, rifahın və insan hüquqlarının qorunması üçün əsas prinsiplərə söykənirdi. Bizə qarşıdurma və parçalanma deyil, dialoq, danışıqlar və konsensusun formalaşdırılması lazımdır. Dövlətlər arasında fərqlər hər zaman olacaq. Əsas məsələ bu fərqlərin necə həll edilməsidir. İndi burada gələcəyə realist, eyni zamanda, ümidlə baxmaq və inanmaq üçün toplaşmışıq ki, aramızdakı birlik xalqlarımız üçün daha yaxşı bir gələcək yaratsın. Qoşulmama Hərəkatı ədalətli sülh, rifah və insan hüquqları uğrunda vacib platformadır. Bu keçid dövrü bizdən ən yüksək bacarıq və səylər tələb edir".

L.Qalyeqos münaqişələrsiz dünya və insanların inkişafı üçün çalışmağın vacibliyini bildirib:

"Biz müharibəsiz və ölüm olmayan dünya, iqtisadi amillərlə dayanıqlı inkişafı və planetin qorunmasını birləşdirən insan inkişafı üçün çalışmalıyıq. Biz yaratdığımız texnologiyaları, o cümlədən süni intellekti məhvetmə vasitəsi kimi yox, bəşəriyyətin rifahı üçün istifadə etməliyik. Bunun üçün süni intellektin faydalarından istifadə, risklərindən isə qaça biləcəyimiz beynəlxalq qaydalara əsaslanan nizam qurulmalıdır".

Xəbər lenti