IMG-LOGO

Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək

14 May 2026 09:45 3 baxış
IMG

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti II Asiya Qadınlar Forumuna qatılmaq məqsədilə Özbəkistanda səfərdədir.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Buxara şəhərinin beynəlxalq hava limanında Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədrinin səfər çərçivəsində Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Xəbər lenti