IMG-LOGO

Lorentsson: WUF13-də İsveçi diplomatlar və bir sıra şəhərlərin merləri təmsil edəcək

13 May 2026 18:54 5 baxış
IMG

İsveç Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) merlər və digər nümayəndələr səviyyəsində təmsil olunacaq.

Bu barədə "Report"a İsveçin Bakıdakı səfiri Tobias Lorentsson bildirib.

Onun sözlərinə görə, forumda həmçinin "UN-Habitat" strukturunun mənzil-qərargahının yerləşdiyi Nayrobidəki İsveç səfirliyinin nümayəndələri də iştirak edəcəklər.

"Tədbirdə fəaliyyəti daha dayanıqlı və yaşamaq üçün əlverişli şəhərlərin yaradılmasına yönəlmiş "Viable Cities" kimi birliklərə daxil olan İsveç şəhərlərinin merləri və nümayəndələri də iştirak edəcəklər", - səfir qeyd edib.

Xəbər lenti