IMG-LOGO

354 kilo heroinə görə axtarılan hindistanlı Azərbaycanda tutuldu

13 May 2026 18:18 6 baxış
IMG
0 0

Azərbaycanda saxlanılan beynəlxalq axtarışa verilmiş Hindistan vətəndaşı ölkəsinə təhvil verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hindistanın hüquq mühafizə orqanlarının 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirərək beynəlxalq axtarışa elan edilən 33 yaşlı Hindistan vətəndaşı Singh Prabhdeep Gurrajın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluqdan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin şəxs Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Azərbaycan ilə Hindistan arasında təslimetmə haqqında” 2013-cü il aprelin 4-dəki müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

Hadisələr

Xəbər lenti