IMG-LOGO

Ərdoğan Qazaxıstanda dövlət səfərindədir

13 May 2026 17:32 3 baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət səfəri ilə Qazaxıstana gedib.

"Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutan səfər iki gün çəkəcək.

Danışıqlar zamanı liderlər Qazaxıstan-Türkiyə münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, prezidentlər Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasını keçirəcəklər.

Xəbər lenti