IMG-LOGO

Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq

13 May 2026 17:58 3 baxış
IMG

Qazaxıstan və Türkiyə investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş imzalamağı planlaşdırır.

"Report"un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd layihəsi 2026-cı il mayın 29-dək ictimai müzakirəyə çıxarılıb.

Saziş layihəsi iki ölkənin investorları üçün sabit və proqnozlaşdırıla bilən şəraitin yaradılmasına yönəlib.

Bundan başqa, saziş investisiyaların tam qorunması və təhlükəsizliyi, investorların gəlirlərinin sərbəst köçürülməsi və digər müddəaları nəzərdə tutur.

XİN-də qeyd ediblər ki, sazişin məqsədi qarşılıqlı investisiyalar üçün əlverişli şəraitin yaradılması və hər iki ölkənin ərazisində investorların hüquqi müdafiəsinin təmin edilməsindən ibarətdir.

Saziş dövlətdaxili prosedurlar başa çatdıqdan və tərəflər arasında diplomatik bildirişlərin mübadiləsindən sonra qüvvəyə minəcək.

Xəbər lenti