WUF13-də 1000-dən çox media nümayəndəsi qeydiyyatdan keçib.
"Report" xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tədbirdə iştirakçı ölkələr şəhərsalma, ekologiya, innovasiya və digər sahələrdə qazandıqları təcrübələri bölüşəcəklər:
"Foruma 180 ölkədən 32 mindən çox iştirakçının qatılması gözlənilir. WUF13-də iştirak edəcək media nümayəndələrinin ümumi sayı 1000-dən çoxdur. Onlardan təqribən 200-ü xarici media təmsilçiləridir".