IMG-LOGO

Qırğızıstanda elektrik enerjisinə qənaət məqsədilə məmurlara pencəksiz işləmək təklif olunub

13 May 2026 12:44 4 baxış
IMG

Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Adılbek Kasımaliyev dövlət qulluqçularının iş geyiminə dair sərəncam imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Kasımaliyevin sözlərinə görə, dövlət orqanlarının əməkdaşları pencəklərdən imtina etməli və köynəkdə işləməlidirlər.

"Dünən yağışa görə hava soyuq idi, bu gün isə artıq günəş çıxıb. Sabahdan etibarən Nazirlər Kabinetinin sərəncamı işdə tam tətbiq edilməlidir", - o bildirib.

Hökumət başçısı qeyd edib ki, elektrik enerjisinə qənaət məqsədilə Yaponiyada oxşar təcrübə tətbiq olunur: "Yaponiyada belə bir təcrübə tətbiq edilir: elektrik enerjisini qorumaq üçün onlar qalstuksuz köynək geyinməyə başladılar, bunun sayəsində dövlət milyardlarla qənaət etdi".

Onun sözlərinə görə, kostyumlardan imtina etmək dövlət idarələrində kondisionerlərdən istifadəni azaltmağa imkan verəcək.

"Hazırda biz kostyumda işləyirik və kondisionerləri yandırırıq. Əgər sadəcə köynək geyinsək, onda kondisioneri yandırmamaq da olar. Biz elektrik enerjisinə qənaət etməliyik", - o deyib.

Xəbər lenti