Rusiyanın "Şeremetyevo" hava limanında sərnişinin şalvarında 300-dən çox brilyant aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, o, Dubaydan gəlib. Orada 330 ədəd yonulmuş təbii və sintetik almaz alıb və onları bəyan etməmək qərarına gəlib.
Məhkəmə ona 150 min rubl (2 min dollardan çox) cərimə təyin edib və daşları müsadirə edib.