IMG-LOGO

Slovakiya parlamentinin sədri Qarabağa səfər edəcək

13 May 2026 11:52 3 baxış
IMG

Slovakiya Milli Şurasının sədri Rixard Raşi Qarabağa səfər edəcək.

"Report" xəbər verir ki, o, bu barədə mayın 13-də Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

R.Raşi səfər çərçivəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada da olduğunu söyləyib.

Xəbər lenti