IMG-LOGO

Türkiyədə qanunsuz qumar oyunlarından 128 milyon dollar gəlir əldə edən 61 nəfər saxlanılıb

13 May 2026 08:49 3 baxış
IMG

Türkiyənin 22 vilayətində onlayn qumar oyunlarının təşkili ilə bağlı əməliyyat keçirilib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, Jandarm Baş Komandanlığı tərəfindən keçirilən əməliyyat 5 milyard 800 milyon lirəlik (təxminən 127 milyon 788 min dollar) pul dövriyyəsini ortaya çıxarıb.

Şanlıurfa başda olmaqla, 22 vilayətdə keçirilən əməliyyat nəticəsində ümumilikdə 61 nəfər saxlanılıb.

"Qanunsuz qumar oyunları və cinayət törətmək məqsədilə təşkilat yaratmaq" ittihamı irəli sürülən şübhəlilərin cinayət vasitəsilə əldə edilmiş gəlirlərin transferini də həyata keçirdiyi güman olunur.

Xəbər lenti