İranın şimalında 4,5 maqnitudalı zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 00:16-da Tehrandan 38 km şərqdə qeydə alınan zəlzələnin ocağı 35 km dərinlikdə olub.
İranın dövlət televiziyası isə Qırmızı Aypara Cəmiyyətinə istinadən zəlzələ nəticəsində dağıntı və təlafat olmadığı barədə məlumat yayıb. Bununla belə bildirilib ki, müvafiq qurumlar sahə araşdırmalarını davam etdirir.