IMG-LOGO

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb

12 May 2026 19:33 2 baxış
IMG

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti