IMG-LOGO

Göyçayda qətl hadisəsi baş verib

12 May 2026 18:46 3 baxış
IMG

Göyçayda ər arvadını qətlə yetirib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafedə baş verib.

38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti