IMG-LOGO

Qumar pulunu leqqalaşdıranlara HÖKM OXUNDU

12 May 2026 17:15 4 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları - İgor  Zabolotskikh və İlnur Valıtovun cinayət işi üzrə hökm oxunub. Lent .az xəbər verir ki,   hökmə əsasən İ. Zabolotskikh və  İ. Valıtovun ayrılıqda  3 il müddətinə azadlıqdan məhrum edilməsi elan olunub. Dövlət ittihamçısı hər iki təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, onlar qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 min manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər.  Onlara qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2 - ci maddəsi üzrə cinayət işi açılıb.

Hadisələr

Xəbər lenti