IMG-LOGO

Putin martın 24-nü matəm günü elan etdi

23.03.2024 16:38 47 baxış
IMG

Rusiya prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar martın 24-nü milli matəm günü elan edib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, o, bu barədə televiziya vasitəsilə müraciətində bildirib.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra silsilə partlayış səsləri eşidilib və yanğın başlayıb. Nəticədə son rəqəmlərə görə 150 nəfər ölüb.

Xəbər lenti