Türkiyənin İzmir şəhərində zəncirvari yol qəzası olub.
Lent.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Çiğli rayonunda baş verən hadisədə beş avtomobil və bir elektrik skuteri toqquşub.
Qəzada 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisədən sonra yol nəqliyyatın hərəkətinə bir müddət bağlı olub.
Faktla bağlı araşdırma aparılır.