Mütəxəssislər gecə vaxtı smartfonda Wi-Fi-nin açıq qalmasının yuxuya, enerji sərfiyyatına və təhlükəsizliyə necə təsir etdiyini araşdırıblar.
Araşdırmalar göstərir ki, yatmazdan əvvəl Wi-Fi-nin söndürülməsi həm istirahət keyfiyyətinə, həm də cihazın işinə müsbət təsir göstərə bilər. Baxmayaraq ki, bir çox istifadəçi mobil interneti gün ərzində fasiləsiz aktiv saxlayır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri yuxudan əvvəl diqqəti yayındıran amillərin azalmasıdır.
Aktiv Wi-Fi fon rejimində bildirişlərin, mesajların, vibrasiya siqnallarının davamlı gəlməsinə səbəb olur ki, bu da insanın rahat şəkildə yuxuya getməsinə mane ola bilər. İnternet bağlantısı olmadıqda isə telefondan uzaqlaşmaq və gec saatlarda ekrana baxmamaq daha asan olur.
Bəzi istifadəçilər Wi-Fi-ni elektromaqnit şüalanma ilə bağlı narahatlıqlara görə də söndürür. Lakin mütəxəssislər bildirir ki, gündəlik istifadə zamanı əsas təsir daha çox psixoloji rahatlıqla bağlıdır. Daimi internet bağlantısının olmaması narahatlıq hissini azaldır və yuxunun daha sakit keçməsinə kömək edir.
Bundan əlavə, Wi-Fi-nin söndürülməsi batareya enerjisinə qənaət etməyə imkan verir. Simsiz əlaqə deaktiv olduqda smartfon fon proseslərinə, şəbəkə axtarışına və avtomatik qoşulmalara daha az enerji sərf edir. Bu xüsusilə köhnə model telefonlarda daha nəzərəçarpan olur.
Ekspertlər avtomatik Wi-Fi qoşulma funksiyasına diqqət yetirməyi də tövsiyə edir. Bəzi cihazlar gecə saatlarında da əlçatan şəbəkələri axtarmağa davam edir və təsadüfən tanınmayan və ya təhlükəli şəbəkələrə qoşula bilər.
Wi-Fi-nin yatmazdan əvvəl söndürülməsi bu risklərin qarşısını almağa və rəqəmsal təhlükəsizliyi artırmağa kömək edir.
telefon Mobil internet gecə telefonda interneti açıq saxlamağın fəsadları