IMG-LOGO

Saxta Android yeniləmələrinə diqqət: "WhatsApp" hesabları oğurlanır

28 Apr 2026 01:04 2 baxış
IMG
2 0

İtaliyanın IPS şirkəti ilə əlaqəli olduğu bildirilən “Morpheus” adlı casus proqram saxta Android yeniləmələri vasitəsilə istifadəçilərin cihazlarına daxil olaraq “WhatsApp” hesablarını ələ keçirir.

Lent.az xəbər verir ki, hücum zamanı istifadəçinin mobil interneti kəsilir və ona saxta SMS göndərilərək “yeniləmə” adı altında zərərli tətbiqi yükləməsi istənilir.

Tətbiq quraşdırıldıqdan sonra isə saxta “WhatsApp” interfeysi ilə biometrik təsdiq tələb olunur. İstifadəçi bunu təsdiqlədikdə, proqram hesaba yeni cihaz qoşaraq bütün mesajlara və kontaktlara çıxış əldə edir.

Məlumata görə, bu sistem əsasən siyasi fəalları hədəf alır və rəsmi tətbiq mağazalarından deyil, yalnız kənardan yüklənən APK faylları ilə yayılır.

Mütəxəssislər istifadəçilərə şübhəli SMS linklərinə daxil olmamağı və naməlum tətbiqlərə xüsusi icazələr verməməyi tövsiyə edir.

 

WhatsApp

Xəbər lenti