IMG-LOGO

Lənkəranda FACİƏ: Hamamda huşunu itirən gənc qadın öldü

19 Mar 2024 22:49 222 baxış
IMG

Lənkəranda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.

Kənd sakini, 22 yaşlı Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb.

S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o, xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti