IMG-LOGO

Məşhur müğənni boşandı , keçmiş ərinə təzminat ödəyəcək

19 Mar 2024 19:28 98 baxış
IMG

Məşhur müğənni Ariana Qrande boşanıb, keçmiş əri Dalton Qomezə təzminat ödəyəcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, üç illik evliliklərinə son qoyan 30 yaşlı müğənni Ariana Qrande və 28 yaşlı daşınmaz əmlak brokeri Dalton Qomez ərizə verdikdən 6 ay sonra rəsmi olaraq boşanıblar. Evlilik müqaviləsinə görə, Qrande Qomezə boşanma təzminatını ödəyəcək. Buna səbəb Ariananın ərinə xəyanət etməsi göstərilir.

Razılaşmaya görə, Ariana Qrande Dalton Qomezə 1 milyon 250 min dollar (birdəfəlik) ödəyəcək, Los-Ancelesdəki evinin satışından əldə olunan gəlirin yarısını ona verəcək. O, vəkilinə 25 min dollar ödəyib.

Qeyd edək ki, cütlüyün övladı yoxdur.

Xəbər lenti