Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında tikilməkdə olan binanın uçması nəticəsində azı 7 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Lent.az xəbər verir ki,”Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Kolkata şəhərində, “Garden Reach” bölgəsində baş verib. Yaralılar yerli xəstəxanaya yerləşdirilib.
KİV-in məlumatına görə, bina tikintidə keyfiyyətsiz tikinti materiallarından istifadə olunduğu üçün uçub.
Binanın tikintisi ilə məşğul olan iki mühəndis səhlənkarlığa görə cəzalandırılıb.
Faktla bağlı cinayət işi başlanıb.