IMG-LOGO

Atasının silahı ilə bacısını GÜLLƏLƏDİ

19.03.2024 00:01 89 baxış
IMG

İnquşetiyanın Karabulak şəhərində orta məktəb şagirdi atasının ov tüfəngini götürərək təsadüfən bacısını yaralayıb, zərərçəkmiş çoxlu qan itirib.

Lent.az xəbər verir ki, bu barədə “Mash Gor” Teleqram kanalı məlumat yayıb.

11-ci sinif şagirdi evdə atasının ov tüfəngi ilə məşq edən zaman, bacısı silahı yerə qoymağı xahiş edib.

Bacısına qulaq asmayan yeniyetmənin barmağı tətiyə toxunub və təsadüfən atəş açılıb. Güllə qızın ayağına dəyib.

25 yaşlı zərərçəkmiş qan itkisi və omba sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Xəbər lenti