“SpaceX” şirkəti ABŞ kəşfiyyatı ilə məxfi müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.
Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edilib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanında ABŞ Milli Aerokosmik Kəşfiyyat İdarəsi ilə şirkət arasında 2021-ci ildə 1,8 milyard dollar dəyərində müqavilə imzalanıb. Casus peyk şəbəkəsinin yaradılması sahəsində görülən işlərə “SpaceX” şirkətinin “Starshield” bölməsi cavabdehdir. Bu, ABŞ Müdafiə Nazirliyinin quru qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiyalar yatırdığını göstərir. Əgər bu casus peyk şəbəkəsinin yaradılması uğurla yekunlaşarsa, bu, ABŞ Silahlı Qüvvələrinin dünyanın hər yerində potensial hədəfləri tez aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.