IMG-LOGO

Bu müharibədə ölənlərin sayı artır

17.03.2024 14:32 45 baxış
IMG

Qəzzada ölən fələstinlilərin sayı 31 645 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə anklavın səhiyyə qurumu məlumat yayıb.

Ötən sutka ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 92 nəfər həlak olub, 130 nəfər yaralanıb.

Bununla da ötən ilin 7 oktyabr tarixindən indiyə qədər Qəzzada ölən fələstinlilərin ümumi sayı 31 645 nəfərə çatıb. Ötən dövr ərzində 73 676 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il 7 oktyabrda HAMAS İsrailn cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.

İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslər olub.

HAMAS silahlıları həmin hücumda 240-dan çox israillini girov götürüb.

İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" (“İron Swords”) əməliyyatına başlayıb, Qəzzaya hava zərbələri endirib. 24 oktyabrdan isə İsrail ordusu Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.

 

Xəbər lenti