Meksika ərazisindən qeyri-qanuni yollarla ABŞ-yə keçmək istəyən 30-a yaxın Gürcüstan vətəndaşı yerli kartel tərəfindən girov götürülüb.
Lent.az xəbər verir ki, kartel üzvləri bir Gürcüstan vətəndaşına qohumları ilə əlaqə saxlamağa və girov götürülmüş şəxsləri azad etmək üçün pul tələb etmələri barədə məlumat verməyə icazə verib.
O, digər 120 girovla birlikdə zirzəmidə saxlandığını və Gürcüstan vətəndaşlarının sərbəst buraxılması üçün 90 min dollar pul tələb edildiyini bildirib.
Sözügedən məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib. Mərkəzi hökumət vətəndaşları azad etmək üçün hərəkətə keçdiyini bəyan edib.
Nazirlikdən verilən məlumata görə, Meksikanın İmmiqrasiya Xidməti ilə əlaqə saxlanılıb və qaçırılmış Gürcüstan vətəndaşlarının tapılaraq azad edilmələri üçün tədbirlər görülür.